logo

Lənkəran polisinin axtardığı dələduz qadın 6 il sonra Tovuzda tapıldı

15:10 25-02-2021 | icon 1442
Lənkəran polisinin axtardığı dələduz qadın 6 il sonra Tovuzda tapıldı

Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan astaralı qadın aşkar edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 2015-ci ildən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K.Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.