logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

14:34 25-02-2021 | icon 1211
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 36 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.