logo

Peskov: "Rusiya baş verənləri Ermənistanın daxili işi hesab edir"

14:15 25-02-2021 | icon 1743
Peskov: "Rusiya baş verənləri Ermənistanın daxili işi hesab edir"

"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir".

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov yerli KİV-ə müsahibəsində səsləndirib. 

"Biz bu hadisələri yalnız Ermənistanın daxili işi hesab edirik. Vəziyyət konstitusion nəzarət altında qalmalıdır", - deyə ,o, vurğulayıb.

D.Peskov daha sonra əlavə edib ki, Ermənistanda vəziyyətlə bağlı Moskva ilə Yerevanın əlaqələri hələ ki, olmayıb, lakin lazım gələrsə, onları operativ şəkildə təşkil etmək mümkündür.