logo

Ordu istefa tələb etdi, Paşinyan isə Baş Qərargah rəisini istefaya göndərdi

13:59 25-02-2021 | icon 1722
Ordu istefa tələb etdi, Paşinyan isə Baş Qərargah rəisini istefaya göndərdi

Ermənistan Müdafiə Nazirliyi respublika Silahlı Qüvvələri Baş Qərargahının baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi açıqlamasına hələ münasibət bildirməyib.

YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində  Müdafiə Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr baş idarəsinin rəisi Gevorq Altunyan deyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc tətbiqindən çəkinməyə çağırıb.

Ermənistanın baş naziri ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O,Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib və tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi "Respublika" meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", -deyə Nikol Paşinyan bildirib.

Ermənistan Müdafiə Nazirliyi ölkənin baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi general-polkovnik Onik Qaspryanı istefaya göndərməsini də şərh etməkdən boyun qaçırıb.