logo

Sabah “Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

13:28 25-02-2021 | icon 1379
Sabah “Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Koronavirus infeksiyasına yoluxma riskinin çox olmasını və mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, bu il Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, “Ana harayı” abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar.

"Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar",-deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.