logo

Pakistan şirkəti Lahor-Bakı birbaşa aviareysinə başlayır

12:52 25-02-2021 | icon 1953
Pakistan şirkəti Lahor-Bakı birbaşa aviareysinə başlayır

“Pakistan Beynəlxalq Hava Yolları” şirkəti Lahor-Bakı birbaşa aviareysinə başlayır.

 YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki,  martın 14-dən etibarən Lahordan həftədə iki dəfə olmaqla Bakıya aviareyslər həyata keçiriləcək.

Həmçinin, şirkət Əfqanıstana və Özbəkistana da aviareyslər həyata keçirməyi planlaşdırır.