logo

Gürcüstanda dövlət bayraqları endirildi-sovet işğalının 100 ili

12:08 25-02-2021 | icon 1337
Gürcüstanda dövlət bayraqları endirildi-sovet işğalının 100 ili

Fevralın 25-də Gürcüstanın sovet imperiyası tərəfindən işğalının 100-cü ildönümü tamam olur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı Günü elan olunub.