Respublikanın əksər avtomobil yolları şaxtadan buz bağlayıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti ilə bağlı əsas avtomobil yollarının vəziyyətini açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, fevralın 25-nə olan vəziyyətə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Giləzi–Xızı yolunda yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolboyu duz-qum qarışığı səpilib. Nəqliyyatın hərəkəti təmin olunub.
Bakı–Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, səhər saatlarından başlayaraq qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
Qobustan-Şamaxı-Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər görülür.
Muğanlı-Ağsu–Yevlax rayonunda yağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağıb, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Ələt–Hacıqabul yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Muğanlı–İsmayıllı yolunda yağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağıb, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrutboyu zəif qar yağıb, gecə saatlarından başlayaraq yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Şəki-Qax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi yolunda marşrutboyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrutboyu zəif qar, Qax rayonu ərazisinə isə güclü qar yağıb. Gecə saatlarında şaxta çox olduğundan yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax–Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunda Astara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Masallı–Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum- duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Lənkəran-Lerik yolunun Lənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum -duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul–Bəhrəmtəpə–Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu