Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur-Azay Quliyev:
ATƏT Parlament Assambleyasının (ATƏT PA) fevralın 24-də keçirilən Daimi Komitə iclası zamanı erməni parlamentarilərinin əsir və girovlarla bağlı təxribat cəhdinin qarşısı alınıb.
YeniAvropa xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ötən ilin noyabr ayında Azərbaycan ərazilərində saxlanılan 62 erməni terrorçusunu hərbi əsir kimi təqdim etməyə cəhd edən Ermənistan nümayəndə heyəti üzvlərinin iddialarına cavab verib.
“İlk olaraq erməni həmkarlarıma bir sual ünvanlamaq istərdim: siz əbədi sülhün, yoxsa əbədi müharibənin tərəfindəsiniz? Biz, öz növbəmizdə sülhün tərəfdarlarıyıq.
Qeyd edim ki, ümumilikdə, Azərbaycan bugünədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.
Eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələr, anti-terror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışaraq onların da 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
Əslində nə baş verdi?
Həmkarlarıma və bütün Assambleyaya bildirmək istəyirəm ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan anti-terror əməliyyatları nəticəsində saxlanılıb.
İlkin dindirmə əsasında məlum olub ki, qrup üzvlərinin hamısı Ermənistan vətəndaşlarıdır (əsasən Şirak vilayətindən). Bu qrup üçtərəfli bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsdilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar.
Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.
Üçtərəfli bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur. Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır”,-deyə vitse-prezident Azay Quliyev vurğulayıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir