Avtomobil yollarındakı son vəziyyət açıqlandı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti ilə bağlı əsas avtomobil yollarının son vəziyyətini açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi–Xızı yolunda hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yolboyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilib. Nəqliyyatın hərəkəti təmin edilib.
Bakı–Qobustan yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı–Muğanlı yolunda qar yağır, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Muğanlı-Ağsu–Yevlax yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Ələt–Hacıqabul yolunda yağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Hacıqabul–Ucar–Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax–Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Muğanlı–İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 santimetr təşkil edir. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 santimetr, Qəbələ rayonu ərazisində 12-15 santimetr, Oğuz rayonu ərazisində isə 2-4 santimetr təşkil edir. Gün ərzində yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.
Şəki–Qax-Zaqatala–Gürcüstan ilə dövlət sərhədi yolunda zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax–Şəki (Göybulaq) yolunda zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Gəncə-Daşkəsən–Xoşbulaq yolunda zəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunun Gədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 santimetr təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Masallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Masallı–Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Lənkəran–Lerik yolunun Lənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər görülür.
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb