logo

Qarda yıxılıb xəsarət alanlarının 36 nəfəri xəstəxanaya yerləşdirilib

18:48 24-02-2021 | icon 2373
Qarda yıxılıb xəsarət alanlarının 36 nəfəri xəstəxanaya yerləşdirilib

Bu gün saat 18:00-a qədər olan məlumata görə, paytaxtda müşahidə olunan hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə, xəsarət alanlardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.