logo

Qarın intensivliyi səngiyib

18:28 24-02-2021 | icon 1575
Qarın intensivliyi səngiyib

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax), Kişçay (Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, şimal-qərb küləyi əsib, Bakıda saniyədə 10-14, Abşeronda 18-23 metrədək mülayimləşib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,4 metrdir.

Hazırda Bakıda 6° şaxta müşahidə olunur.