logo

Sabah məktəblərdə dərslər dayandırılacaq?

17:27 24-02-2021 | icon 2905
Sabah məktəblərdə dərslər dayandırılacaq?

Qarlı və çovğunlu hava şəraiti məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə də təsir edib. Belə ki, bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

YeniAvropa xəbər verir ki, sabah da bu cür hava şəraitinin davam edəcəyindən  məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı sual doğurur.

Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı hələlik hansısa qərar yoxdur: "Məktəblərdə davamiyyət xeyli aşağı düşüb. Bu, daha çox kəskin hava şəraiti ilə bağlıdır. Tədris də bütövlükdə ənənəvi şəkildə deyil, qismən bərpa olunub. Daha çox distant formada keçirilir. Amma bütövlükdə dərslərin dayandırılması ilə bağlı hansısa məlumat yoxdur"