logo

Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək

16:55 24-02-2021 | icon 1904
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək

2021-ci ildə Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli yüksək səviyyəli zirvə görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Türkmənistan, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ankarada keçirilən üçtərəfli görüşdə razılığa gəliblər.

Xatırladaq ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçirilib.