logo

Mehman Hüseynov sabiq nazir Ziya Məmmədovun villalarını tapdı

13:08 24-02-2021 | icon 6566
Mehman Hüseynov sabiq nazir Ziya Məmmədovun villalarını tapdı

Videoblogger Mehman Hüseynov "YouTube" kanalında  növbəti araşdırmasını təqdim edib.

YeniAvropa xəbər verir ki, Mehman Hüseynovun budəfəki araşdırması sabiq nəqliyyat naziri Ziya Məmmədovun dəbdəbəli villalarından reportaj hazırlayıb. 

Mehman Hüseynovun sözlərinə görə araşdırmalarda Ziya Məmmədovun  malikanələrinin bir qismi əhatə olunub. Onun təkcə Bakıdakı villalarının sayı onlarladır. 

Reportajda Ziya Məmmədovun doğulduğu Ucar rayonunun Qazıqumlaq kəndində ikiqat hasarla əhatələnmiş malikanəsi,  Bakının Şüvəlan qəsəbəsində dəniz sahilindəki on hektarlarla ərazidə inşa edilən dəbdəbəli villası və İsmayıllının Basqal kəndindəki imarətləri nümayiş olunur.