logo

Şimal bölgəsində temperatur -14,5°-dək enib

11:28 24-02-2021 | icon 1652
Şimal bölgəsində temperatur -14,5°-dək enib

Şimal rayonlarında ən çox yağıntı Qubada qeydə alınıb. Rayon mərkəzində qarın hündürlüyü 18 santimetr, temperatur isə mənfi 13 dərəcə olub.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.Qeyd edilib ki, Qubanın Qrız kəndinə 14, Xaltana 11, Xınalığa isə 3 santimetr qar yağıb. Bu ərazidə ən aşağı temperatur mənfi 14 dərəcə qeydə alınıb.

Qusar şəhərində isə qarın hündürlüyü 8 santimetrə çatır. Burada temperatur mənfi 14,5 dərəcəyədək enib.

Xızı, Xaçmaz, Siyəzən və Şabran rayonlarında da müşahidə olunan qar hazırda yağmaqda davam edir.