Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb
Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubada 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay (Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 millimetrədək olub.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarına gəlincə, həmin rəqəm Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 millimetrədək təşkil edib.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12, Xaltanda 11, Göygöldə 10, Mərəzədə 9, Qusarda 8, Kişçay (Şəki), Ağsuda 7, Maştağada 5, Oğuz, Qəbələdə 3, Astara 2, Göyçay, Yardımlı, Xaçmaz, Şəki, Göytəpədə 1 santimetr olub.
Şimal-qərb küləyi əsib, Neftçalada 28, Naftalanda 24, Salyan, Ağstafada 23, Beyləqanda 24, Gəncə, Hacıqabulda 20, Mingəçevir, Tərtər, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Xaçmaz, Bərdədə 16, Biləsuvarda 15, Maştağada 28, Qum adası, Pirallahı, Neft Daşlarında 25, Bakıda 23, Çilov adasında 21, Binədə 19, Sumqayıtda 18 metr/saniyəyədək güclənib.
Neft Daşları meteorolojı stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.
Sumqayıt, Binə, Pirallahı, Hacıqabul, Biləsuvar, Kürdəmir, Zərdabda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9°, Aran rayonlarında 0-3°, dağlıq rayonlarda 3-5°, yüksək dağlıq ərazilərdə 8-12°, Naxçıvan Muxtar Respublikasında 3-8° şaxta olub.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ