logo

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edəcək

11:37 23-02-2021 | icon 1666
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

 YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, qəbul bu gün Türkiyə Prezident Administrasiyasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər edib. Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarci işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçiriləcək.