logo

Vətən müharibəsinin qazisi intihar edib

11:01 23-02-2021 | icon 1820
Vətən müharibəsinin qazisi intihar edib

Azərbaycanda daha bir Vətən müharibəsi qazisi intihar edib. 

  YeniAvropa xəbər verir ki, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində qeydə alınıb. Kənd sakini, Vətən müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun intihardan öncə ailə üzvlərinə məktub yazdığı bildirilir.

Qeyd edək ki, əsgər F.Həsənov Vətən müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinun azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, bundan əvvəl, yanvarın 6-da Vətən müharibəsinin başqa bir qazisi, 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar etmişdi. Ailə üzvləri onun psixoloji problemlərinin olduğunu bildirmişdi.