logo

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub

19:31 22-02-2021 | icon 1834
Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.