logo

Türkiyəyə vizasız gediş yeni biometrik şəxsiyyət vəsiqəsi ilə mümkündür

17:11 22-02-2021 | icon 1869
Türkiyəyə vizasız gediş yeni biometrik şəxsiyyət vəsiqəsi ilə mümkündür

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə vizasız gediş-gəlişinə dair məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.