logo

Yanvarda Azərbaycanda 271 kq qızıl istehsal edilib

14:54 22-02-2021 | icon 1911
Yanvarda Azərbaycanda 271 kq qızıl istehsal edilib

Bu ilin yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 270,9 kiloqramı qızılın payına düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirlib. Qeyd edilib ki, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 33,1 faiz azalıb.

Fevralın 1-nə olan vəziyyətə əsasən, 365,8 kiloqram hazır qızıl ehtiyatı var.