logo

İki uşağını boğan ana özünü öldürə bilmədi

22:12 21-02-2021 | icon 5271
İki uşağını boğan ana özünü öldürə bilmədi

Rusiya paytaxtında dəhşətli cinayət hadisəsi baş verib. 

YeniAvropa Rusiya KİV-nə istinadla xəbər verir ki,  hadisə Moskva şəhərinin şimal-şərqində Yasnı məhəlləsindəki bir binada baş verib.

Ana əvvəlcə 3 yaşlı oğlunu, daha sonra isə 11 yaşlı qızını boğaraq öldürüb. Bundan sonra 36 yaşlı qadın özünə qəsd edib, boğazını kəsib. 

Lakin onun bu cəhdi uğursuz alınıb. Cinayətkar ana boynunda kəsik yaraları ilə xəstəxanaya aparılıb.

Mənzildə 2017 və 2009-cu il təvəllüdlü bacı və qardaşın cəsədləri tapılıb. 

Hazırda müstəntiqlər cinayətin səbəblərini araşdırırlar.