logo

Nazim Babayev Balkan oyunlarında  qızıl medal qazanıb

17:57 21-02-2021 | icon 2037
Nazim Babayev Balkan oyunlarında  qızıl medal qazanıb

İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak edən Azərbaycan atleti, üçtəkanla tullanma üzrə Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

YeniAvropa xəbər verir ki, çempionatda bu idman növündə ölkəmizi təmsil edən digər idmançılardan Yekaterina Sarıyeva dördüncü olub. O,bürünc medal sahibindən cəmi üç santımetr aşağı nəticə göstərib. Rüstəm Məmmədov isə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb.

Uzunluğa tullanma yarışlarında  isə Azərbaycan idmançısı Yelena Pextireva yeddinci olub.

Qeyd edək ki, komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.