logo

Sumqayıtda tələbə qız özünü dənizə ataraq intihar edib

16:56 21-02-2021 | icon 2821
Sumqayıtda tələbə qız özünü dənizə ataraq intihar edib

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

 YeniAvropa  xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.

Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də cəhdləri uğursuz olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.