logo

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanıldı

11:13 21-02-2021 | icon 4256
Siyəzəndə qanunsuz ov edən şəxs saxlanıldı

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundanbildirilib. Qeyd edilib ki,  Şərif Şərifzadədən bir ədəd "Ata arms” markalı ov tüfəngi və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.