logo

Azərbaycan Balkan oyunlarına 4 atletlə qatılacaq

18:28 19-02-2021 | icon 2275
Azərbaycan Balkan oyunlarına 4 atletlə qatılacaq

Azərbaycan atletləri fevralın 20-də İstanbulda start götürəcək 26-cı Balkan çempionatında iştirak edəcəklər.

YeniAvropa xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunacaq. Ölkəmizi üçtəkanla tullanma növündə Avropa çempionu Nazim Babayev, Rüstəm Məmmədov və Yekaterina Sarıyeva təmsil edəcəklər. Uzunluğa tullanma yarışında isə idmançılarımızdan Yelena Pextireva mübarizə aparacaq.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışacaq.