logo

Kübra Əliyeva xəstəxanaya yerləşdirildi

09:55 19-02-2021 | icon 11760
Kübra Əliyeva xəstəxanaya yerləşdirildi
Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.
 
YeniAvropa xəbər verir ki, məşhur aktrisa ötən gün xəstəxanaya aparılıb.
 
Bu barədə aparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa əməliyyat olunub.
 
Xatırladaq ki, Kübra Əliyeva 2011-ci ildə xərçəng xəstəliyinə tutulub, onun süd vəzilərinin ikisi də amputasiya edilib.