logo

Əli Həsənov "Facebook"da yazdığı statusla "savad"ını göstərdi

10:32 17-02-2021 | icon 5782
Əli Həsənov "Facebook"da yazdığı statusla "savad"ını göstərdi
Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоv ötən gün "Facebook"  hesabında yazdığı statusla özünü gülünc vəziyyətə salıb. 
 
YeniAvropa xəbər verir ki,  Əli Həsənov 2017-ci ildə Xocalı faciəsi ilə bağlı qələmə aldığı kitabı səhifəsində yenidən təqdim edib:
 
"Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində 2017-ci ildə nəşr etdirdiyim səkkiz xarici dildə tərtib olunmuş "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı kitabı təkrar diqqətinizə təqdim edirəm”
 
Uzun illər dövlətin ideoloji işinin başında dayananlardan biri olaraq Əli Həsənovun təqdimatından belə anlaşılır ki, Xocaslı soyqırımı 1990-cı ildə baş verib.Halbuki , hətta 1-ci sinifdə oxuyan şagird belə Xocalı soyqırımının 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verdiyini əzbərdən bilir.
Görünür ideya müəllifi və memarı olduğu KİVDF-nin ətrafında baş verən həbslərin xofundan  Əli Həsənovun ya yaddaşını pozub, ya da ki onda  beyin pozuntuları baş verməkdədir..