logo

Türkiyədə daha 90 nəfər koronavirusdan dünyasını dəyişdi

22:20 16-02-2021 | icon 2030
Türkiyədə daha 90 nəfər koronavirusdan dünyasını dəyişdi

Fevralın 16-də Türkiyədə ümumilikdə 115 min 794 nəfər koronavirusa qarşı testdən keçirilib. Onlardan 7 min 906 nəfərdə xəstəliyin əlamətləri aşkarlanıb, 658 nəfər xəstəxanalara yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, son sutkada bu xəstəlikdən 90 nəfər ölüb, 7 min 189 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 602 min 34 nəfərdə virus aşkarlanıb, 27 min 652 nəfər ölüb. Statistika göstərir ki, koronovirusa sutkalıq yoluxma sayı sağalananlardan çox olur.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa “Evdə qal” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Vaksinləşmə, o cümlədən peyvəndin ikinci dozasının vurulması Səhiyyə Nazirliyinin qəbul etdiyi qrafika uyğun aparılır. Prosesdə ləngimə yoxdur.