logo

Bu gün abituriyentlər ikinci sınaq imtahanı verirlər

10:54 15-04-2018 | icon 3906
Bu gün abituriyentlər ikinci sınaq imtahanı verirlər

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

YeniAvropa DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada  keçirilir. 

Xatırladaq ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı bütün binalarda 1 növbə üzrə olmaqla saat 11:00-da başlanır.