logo

İstanbula 0,5 metrədək qar yağıb

09:35 16-02-2021 | icon 2121
İstanbula 0,5 metrədək qar yağıb

Artıq bir neçə gündür Türkiyə ərazisində öz təsirini göstərən yağıntılı hava şəraiti bir sıra şəhərlərdə olduğu kimi, İstanbulda da böyük fəsadlara səbəb olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yağan güclü qar səbəbindən İstanbulda ictimai nəqliyyatın fəaliyyəti dayanıb, avtomobil yollarında uzun tıxaclar yaranıb, gəmi səfərləri təxirə salınıb.

Yağıntılı hava şəraiti və güclü külək səbəbindən 218 ağac kökündən çıxıb, yeddi binanın damı çöküb. Dam örtüklərinin ətrafa saçılması nəticəsində bölgədəki 106 avtomobilə ciddi zərər dəyib.

Hidrometeoroloqlar bölgədə yağıntılı hava şəraitinin fevralın 17-dək davam edəcəyini proqnozlaşdırırlar. Hazırda ölkənin Marmara bölgəsində havanın temperaturu mövsüm normasından 4-8 dərəcə aşağıdır. Şəhərin yüksək hissələrində qarın qalınlığı 30-50 santimetrə çatıb.