logo

Son sutka ərzində dünyada 7 mindən çox insan koronavirusdan ölüb

09:44 15-02-2021 | icon 2198
Son sutka ərzində dünyada 7 mindən çox insan koronavirusdan ölüb

Son sutka ərzində dünyada koronavirusa yoluxanların 300 mindən çox artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.

Qeyd edilib ki, ötən sutka ərzində dünyada 300 min 530 nəfər infeksiyaya yoluxub, 7 min 776 nəfər isə həyatını itirib. Yoluxanların ümumi sayı 108 milyon 153 min 741, ölənlərin isə 2 milyon 381 min 295 nəfərə çatıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.