logo

Türkiyə Silahlı Qüvvələri İraqda 48 terrorçunu məhv edib,2-sini ələ keçirib

12:52 14-02-2021 | icon 2506
Türkiyə Silahlı Qüvvələri İraqda 48 terrorçunu məhv edib,2-sini ələ keçirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu əməliyyat mərkəzini ziyarət edərkən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edilib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər isə sağ ələ keçirilib. Bu müddət ərzində PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.

Əməliyyatlar zamanı terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah da daxil olmaqla, ümumilikdə, 50-dən çox hədəf məhv edilib.

Çətin iqlim şəraitində böyük bir ərazini əhatə edən son dərəcə vacib bir əməliyyatın həyata keçirildiyini deyən nazir bununla əməliyyat zonasına girməyə çalışan, bölgə, eləcə də Türkiyə üçün təhlükə mənbəyi olan terrorçuların məhv edildiyini bildirib.

Qeyd edək ki, “Pəncə Qartal-2” antiterror əməliyyatı 2021-ci il fevralın 10-da başlayıb.