logo

Azərbaycanlı bəstəkar Ərdoğanın ad gününə mahnı bəstələyib

21:13 10-02-2021 | icon 4753
Azərbaycanlı bəstəkar Ərdoğanın ad gününə mahnı bəstələyib

58 yaşlı azərbaycanlı həvəskar bəstəkar Azərbaycan - Türkiyə qardaşlığına mahnı həsr edib. 

YeniAvropa xəbər verir ki, əslən Ağdamdan olan Cəbrayıl Əsədov  vətənpərvərlik mövzusunda bir neçə mahnının müəllifidir.

O, hələ illər əvvəl “Qarabağ bülbülləri” ansamblı ilə də əməkdaşlıq edib.

Cəbrayıl Əsədov deyir ki, general-mayor Polad Həşimov şəhid olduğu gün onun xatirəsinə musiqi bəstələmək qərarına gəlib: “Düşünürdüm ki, necə bir layihə olsun ki, xalqımıza, əsgərlərimizə vətənpərvlik ruhunu aşılasın?! Beləliklə, Ramiz Məmmədzadəyə müraciət etdim. Sözləri ona məxsus olan mahnıya musiqi bəstələdim. Mahnı iki saat ərzində bəstələndi və əməkdar artist Gülüstan Əliyevadan mahnını ifa etməsini xahiş etdim.Gülüstan Əliyevanın ailəsində iki şəhid var. Düşündüm ki, bu mahnını ondan başqa heç kim ürəkdən, hiss edərək ifa edə bilməz.

44 günlük Vətən Müharibəsi Azərbaycan üçün çox böyük, tarixi qələbə ilə yekunlaşdı. Bu münasibətlə həm xalqımızı, həm də bizə mənəvi dəstək olan, qardaş ölkə Türkiyəni təbrik edirəm. Bir millət, iki dövlət olduğumuzu hər zaman sübut etdik”.

C.Əəsdov deyir ki, bu mahnının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günü ərəfəsində yayımlanmasını istəyir: “Bu mahnı bizim adımızdan ona bir ərməğan olsun. Çox istərdim ki, mahnıya klip çəkilsin. Klipin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada lentə alınmasını istərdim”.

Xatırladaq ki, C.Əsədov 10 ildən çox Dövlət Sərhəd Xidmətində xidmət edib. O, bu günə qədər 12 mahnı bəstələyib. 

 Cəbrayıl Əsədov "BakuTV"yə danışıb: