logo

Bu gündən bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıblar

12:42 08-02-2021 | icon 3283
Bu gündən bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıblar

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, şagirdlər arasında ən azı 1,5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.