logo

Gömrük Komitəsi özünə 30 milyona 69 metrlik yeni göydələn tikir

17:53 07-02-2021 | icon 9394
Gömrük Komitəsi özünə 30 milyona 69 metrlik yeni göydələn tikir

Dövlət Gömrük Komitəsinin(DGK) paytaxtın İnşaatçılar prospekti 2 invanında inşa etdirdiyi yeni inzibati binanın tikintisi sürətlə davam edir.  

 

YeniAvropa xəbər verir ki,  "Progress" sənaye-istehsalat şirkəti(SİŞ) tərəfindən inşa edilən 17 mərtəbəli binanın 6 mərtəbəsi artıq tikilib. 

Xatırladaq ki, "Nəriman Memarlıq MMC" tərəfindən layihəlndirilən göydələn 1600 m2 ərazini əhatə edir. Yeni inzibati bina DGK-ınn hazırkı binası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasındakı yaşıllıq ərazidə, Hüseyn Cavid parkının arxa tərəfində inşa edilir. 

"Elektron satınalmalar” portalında yerləşdirilən məlumata görə, DGK elan etdiyi yeni inzibati binanın tikintisi üzrə tenderin qalibi "Progress" SİŞ ilə 30 milyon manat məbləğində müqavilə imzalanıb. 

0-1-5