logo

Məhəbbət Vəliyevanın işdən çıxma səbəbi açıqlandı

13:53 01-02-2021 | icon 1519
Məhəbbət Vəliyevanın işdən çıxma səbəbi açıqlandı

Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxması ilə bağlı açıqlama verib.

YeniAvropa  xəbər verir ki, qurumdan bildirilib ki, Məhəbbət Vəliyeva 25 dekabr 2020-ci il tarixindən səhhəti ilə bağlı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.