logo

Sabah Bakıda  11°, bölgələrdə isə 16° isti olacaq

11:55 01-02-2021 | icon 1435
Sabah Bakıda  11°, bölgələrdə isə 16° isti olacaq

Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Fevralın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 3-7° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.