logo

Pandemiya səbəbindən imtahanların təqvim planı dəyişə bilər

11:33 29-01-2021 | icon 2863
Pandemiya səbəbindən imtahanların təqvim planı dəyişə bilər

Sanitar-epidemioloji vəziyyətlə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanların təqvim planı dəyişə bilər. Buna əvvəlcədən hazır olmaq lazımdır.

YeniAvropa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, imtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər.