logo

Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə danışdı

18:10 27-01-2021 | icon 1715
Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə danışdı

Yanvarın 27-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon söhbəti zamanı tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Danışıq zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.