logo

Sinoptiklərdən güclü külək və qar   xəbərdarlığı

17:27 27-01-2021 | icon 1638
Sinoptiklərdən güclü külək və qar   xəbərdarlığı

Yanvarın 28-i axşamdan 29-u gündüzədək  Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 olacaq, arabir 20-23 metrədək güclənəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir saniyədə 20-25 metrədək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.