logo

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

16:26 27-01-2021 | icon 1666
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 601 nəfər müalicə olunaraq sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Aktiv xəstə sayı 4762 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 380 min 74 test aparılıb. Bugünkü test sayı isə 7458-dir.