logo

Qırğızıstan prezidentinin andiçmə mərasiminə mindən çox dəvətli var

15:10 27-01-2021 | icon 1806
Qırğızıstan prezidentinin andiçmə mərasiminə mindən çox dəvətli var

Yanvarın 28-də Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında ölkənin yeni seçilmiş Prezidenti Sadır Japarovun təntənəli andiçmə mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, mərasimdə 1000-dən çox qonaq iştirak edəcək. Qonaqlar sırasında Joqorku Keneşin (parlament) və hökumətin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri, yerli və xarici jurnalistlər olacaqlar.

Xatırladırıq ki, Qırğızıstanda növbədənkənar prezident seçkiləriyanvarın 10-da keçirilib  . 17 namizədin qatıldığı seçkidə müxalifət təmsilçisi Sadır Japarov seçicilərin 79,2 faizinin səsini qazanıb.

Qeyd edək ki, Sadır Japarov 1968-ci il dekabrın 6-da İssuk-Kul vilayətində anadan olub. İki ali təhsillidir. 2005-ci ildə keçirilən seçkilərdə müxalifətin “Gələcək” blokunun lideri kimi Qırğızıstan patlamentinə(Joqorku Keneşa) üzv seçilib. Parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkədə başlanan “Zambaq inqilabı” zamanı Qırğızıstan Xalq Hərəkatının lideri Kurmanbek Bakiyevə dəstək verib. Kurmanbek Bakiyev ölkə prezidenti seçildikdən sonra ona tərəfdaşlıq edib.

2007-ci ildə ölkədə keçirilən növbədənkənar parlament seçkilərində prezidentyönümlü “Ağ yol” partiyasının siyahısı üzrə yenidən parlamentin üzvü seçilib. Lakin buna baxmayaraq mandatdan imtina edərək, prezidentin müşaviri olub. Paralel olaraq , 2008-2009-cu illərdə Korrupsiyaya qarşı mübarizə üzrə mili agentliyin səlahiyyətli nümayəndəsi, 2009-2010-cu illərdə isə agentliyin direktiru vəzifəsini daşıyıb.

2010-2013-cü illərdə keçirilən parlament seçkilərində Qırğızıstan Demokratik partiyası “Ata Yurd”un siyahısı üzrə yenidən  Joqorku Keneşanın deputatı seçilib. Parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri tıyin edilib.

Ölkənin ön böyük ”Kumtop” qızıl mədənlərinin milliləşdirilməsi təşəbbüsü ilə çıxış etdiyinə və bu məqsədlə paytaxt Bişkekdə təşkil olunan mitinqlərin “Hakimiyyəti zor gücünə ələ keçirmək” maddəsi ilə həbs edilib. 1,6 il həbs cəzası almasına baxmayaraq, beynəlxalq hüquq müdafiə təşkilatlarının israrlı tələbi ilə 3 ay sonra azadlığa buraxılıb. 2013-cü ildə müxalifət lideri kimi yenidən həbs təhlükəsi ilə üzləşdiyindən əvvəlcə Qazaxıstana immiqrasiya edib. Daha sonra Rusiya, Türkiyə , Kiprdə miqrant haəyatı yaşayıb.Bu müddət ərzində sosial şəbəkələrdə müxalif yonlü çıxışlarını davam etdirib.  2017-ci ildə ölkəyə qayıdarkən Qazaxıstan-Qırğızıstan sərhəddində saxlanılıb. 2013-cü ildəki iğtişaşlarda təqsirli hesab edilərək 11 il 6 ay müddətinə yenidən  ciddi rejimli həbsxanada saxlanmaq şərti ilə həbs edilib.

2020-ci ildə parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkədə başlanılan kütləvi etiraz aksiyalarının nəticəsi olaraq Sadır Japarov həbsdən azad edilib . 6 oktyabr 2020-ci ildə parlament tərəfindən ölkənin baş naziri təyin edilib.

Ölkədə davam edən kütləvi etirazların nəticəsində 15 oktyabr 200-ci il tarixində prezident Sooronbay Jeenbekov istefa verdikdən sonra Konstitusiyaya uyğun olaraq müvəqəti olaraq ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.  14 noyabr tarixində prezident seçkilərinə qatıldığı üçün prezidentlik və baş nazir səlahiyyətlərindən imtina edib.