logo

 Orta məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək

13:23 27-01-2021 | icon 2919
 Orta məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək

Fevralın 1-də tədris bərpa olunacağı zaman məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə tədrisin ənənəvi formasının bərbası ilə bağlı onlayn seminarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 
O qeyd edib ki, Nazirlər Kabinetinin sentyabr ayında verdiyi qərarla pandemiya dövründə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Bu qərar hələ  də öz qüvvəsində qalır”,-deyə Təhsil Nazirliyinin şöbəsinin müdiri bildirib.