logo

“Keşikçidağ” qoruğuna yol çəkilir

12:11 27-01-2021 | icon 2037
“Keşikçidağ” qoruğuna yol çəkilir

Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğuna avtomobil yolunun çəkilməsi işlərinə başlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.

Hazırda yeni yol boyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir.

Qeyd edək ki, iki il əvvəl “Keşikçidağ” monastr kompleksi ilə bağlı Azərbaycanla Gürücstan arasında müəyyən gərginlik yaranmışdı. Gürcüstandakı bəzi qüvvələr bu kompleks ətrafında vəziyyəti qızışdırmağa çalışırdı.Lakin daha sonra tərəflər məsələni anlaşma yolu ilə nizamlamaq qərarına gəldilər.