logo

“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib

11:31 27-01-2021 | icon 1547
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib

Türkiyə şirkətinə məxsus “MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi Bakıya gətirilib.

YeniAvropa xəbər verir ki, həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndərilib, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Türkiyə üzərindən Azərbaycana göndərilib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum nəticəsində azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.