logo

Bakıda keçiriləcək daha bir dünya kuboku yarışları ləğv olundu

11:09 27-01-2021 | icon 2359
Bakıda keçiriləcək daha bir dünya kuboku yarışları ləğv olundu

Martın 4-7-də Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub.

YeniAvropa Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın ləğv olunması koronavirus infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, 2021-ci ildə gimnastika üzrə bir sıra yarışların keçirilməsi planlaşdırılıb. Bunların sırasında mayın 7-9-da Bakıda bədii gimnastika üzrə dünya kuboku turnirləri, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları (21-23 may) və 16-cı dünya çempionatı (27-29 may), batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci dünya çempionatı, eləcə də 28-ci dünya yaş qrupları yarışları (19-22 noyabr) yer alır.

Xatırladaq ki, bundan əvvəl fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları ləğv olunub.