logo

Yunanıstanlı Despina Tsovilis AŞ PA-nın yeni baş katibi seçilib

09:30 27-01-2021 | icon 1820
Yunanıstanlı Despina Tsovilis AŞ PA-nın yeni baş katibi seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) baş katibi vəzifəsinə yunanıstanlı  Despina Şatsivasiliu-Tsovilis seçilib.

YeniAvropa xəbər verir ki, Parlament Assambleyasının 72 illik tarixində ilk dəfə olaraq baş katib vəzifəsinə qadın seçilib. O, martın 1-dən başlayaraq 5 il müddətdə bu vəzifədə olacaq. Elektron formatda keçirilən seçkilərdə AŞ PA üzvlərinin 96,46 faizi iştirak edib.

Despina Şatsivasiliu-Tsovilis 21 ildir AŞ PA-da çalışır. Bu müddət ərzində o, qurumun Monitorinq Komitəsinə və siyasi məsələlər komitəsinə rəhbərlik edib. Qurumda karyerasına 1993-cü ildə İnsan Haqları üzrə Avropa Komissiyasında başlayıb.

AŞ PA parlamentariləri tərəfindən keçirilən digər seçkilərdə norveçli Bjorn Berj baş katibin müavini seçilib. O, bu vəzifəyə seçkilərdə türkiyəli namizəd Leyla Kayacıkla (112 səs) müqayisədə daha çox səs toplayaraq qalib gəlib.

Hazırda Avropa Şurasının baş direktoru və Nazirlər Komitəsinin katibi olan B.Berj bundan əvvəl 7 il müddətində baş katibin xüsusi ofisinin direktoru və baş katibin müavini vəzifələrində çalışıb.