logo

Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı

20:32 26-01-2021 | icon 2660
Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı

Bakıda daha bir intihar hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki,  hadisə yanvarın 26-ı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Belə ki, Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxrmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, ötən gün  paytaxtda qadın 16-cı mərtəbədən özünü ataraq intihar edib.